Categories: DÜNYA

Daşkənddə Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert keçirilib

 

 

Daşkənddə Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert keçirilib

, 2023
Daşkənddə Heydər Əliyevin 100 illiyi münasibətilə təntənəli konsert keçirilib

Daşkənd şəhərindəki Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Özbəkistanın rəsmi şəxsləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimaiyyətin, müxtəlif milli azlıqların və icmamızın nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov, Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədov tədbir iştirakçılarını xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir münasibətilə təbrik ediblər.

Dövlət Komitəsinin sədri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin şanlı həyatını, zəngin fəaliyyətini və qurtuluş missiyasını hər bir azərbaycanlı üçün örnək adlandırıb. Ulu öndərin müstəqilliyin ilk illərində ölkədə davam edən siyasi hərc-mərcliyin öhdəsindən gəlməklə yanaşı, həm də dövlətimizin dünya birliyində özünəməxsus layiqli yer tutmasına nail olduğunu, xaricdə yaşayan soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında birləşdirdiyini, diasporumuzun təşəkkülündə müstəsna rol oynadığını, qardaş Özbəkistanla münasibətlərə həmişə xüsusi önəm verdiyini vurğulayıb.

O, çıxışında Özbəkistana səfər üçün dəvətə, dostluq və birgə əməkdaşlığa görə həmkarı Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanova təşəkkür edib. “2019-cu ildə Azərbaycanda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr etdiyini vurğulayıb. Prezident Mirziyoyev qeyd edib ki, Özbəkistanda insanlar Heydər Əliyevin xatirəsini həmişə xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən də böyük şəxsiyyət idi. Azərbaycan və Özbəkistan dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri əminlik yaradır ki, Azərbaycan və Özbəkistan dövlətləri, xalqları və diasporları arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və artan dinamikanı davam etdirəcək”, – deyə Komitə sədri söyləyib.

Sonra Azərbaycan və Özbəkistan sənətçilərinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın xalq artisti Teyyub Aslanov, müğənni Kamilə Nəbiyeva, Özbəkistanın xalq artistləri Nəsibə Abdullayeva, Ramiz Usmanov və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

 

 

 

Tədbir çərçivəsində “Özbəkistan – millətlərarası dostluq, sülh və qardaşlıq diyarı” şüarı altında müxtəlif millətlərin nümayəndələrinin incəsənət və sənətkarlıq nümunələrinin, kitabların və milli geyimlərinin sərgisi nümayiş etdirilib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın bir sıra ölkələrində ulu öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramları təşkil olunur.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/daskendde-heyder-eliyevin-100-illiyi-munasibetile-tenteneli-konsert-kecirilib-3010

 

 

zline

Recent Posts

Birleşik Rusya’nın yardımıyla Ulyanovsk’ta bir istihdam fuarı düzenlendi

Birleşik Rusya’nın yardımıyla Ulyanovsk’ta bir istihdam fuarı düzenlendi 2024 “Birleşik Rusya ile Kariyerim” parti projesi…

1 saat ago

Birleşik Rusya, Moskova bölgesindeki Pavlovsky Posad’da açık sambo eğitim oturumu düzenledi

Birleşik Rusya, Moskova bölgesindeki Pavlovsky Posad’da açık sambo eğitim oturumu düzenledi 2024 Ders “ZaSambo” parti…

2 saat ago

Diasporla İş üzrə Dövlət Komitəsi Qırğızıstan Xalq Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub

Diasporla İş üzrə Dövlət Komitəsi Qırğızıstan Xalq Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub 2024…

4 saat ago

Dövlət Komitəsində azərbaycanlı gənclərin yaratdığı mobil tətbiqin təqdimatı keçirilib

Dövlət Komitəsində azərbaycanlı gənclərin yaratdığı mobil tətbiqin təqdimatı keçirilib 2024   https://x.com/DiasporaAz/status/1806636085314769086     Dövlət…

7 saat ago

Cumhurbaşkanı Ersin Tatar onuruna Manchester’da resepsiyon düzenledi

Cumhurbaşkanı Ersin Tatar onuruna Manchester’da resepsiyon düzenledi .2024   https://x.com/KKTCCB/status/1807130669208023469   Shares facebook sharing buttontwitter…

7 saat ago

Primorsky Bölgesi’nde “Tarihsel Hafıza” parti projesi kapsamında SVO katılımcısının anısına bir anma plaketi açıldı

Primorsky Bölgesi’nde “Tarihsel Hafıza” parti projesi kapsamında SVO katılımcısının anısına bir anma plaketi açıldı 2024…

8 saat ago