Categories: BugünGÜNDEM

Çikaqo meri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə yayıb

 

 

 

Çikaqo meri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə yayıb

2023
ABŞ-ın Çikaqo şəhərinin meri Brendon Conson 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

Çikaqo meri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə yayıb
Bəyannamədə bildirilib ki, yarandığı gündən Çikaqo şəhəri dünyanın hər yerindən gələn, müxtəlif mədəni irsi ilə öyünən fərqli, parlaq insanların icmalarına ev sahibliyi edir.

Çikaqonun incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmətlər, elm və tibb sahələrində şəhəri dəstəkləyən qürurlu və enerjili Azərbaycan-Amerika icmasının da evi olduğu vurğulanıb.

Nəzərə çatdırılıb ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) Çikaqo və Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək üçün çalışır.

Çikaqoluların tarixi məhəllələri gücləndirmək, eyni zamanda şəhəri və cəmiyyəti hamı üçün yaxşılaşdırmaq üçün çalışdığını vurğulayan mer xatırladıb ki, 28 May 1918-ci il tarixi Azərbaycan əsilli amerikalılar üçün böyük əhəmiyyət kəsb edən gündür. Çünki həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

 

 

 

 

Mer 28 May 2023-cü il tarixini “Azərbaycan Respublikasının Günü” elan edərək, şəhər sakinlərini Çikaqonun mədəni müxtəlifliyinə töhfələr verən Azərbaycan icmasının bayramına qoşulmağa dəvət edib.

Qeys edək ki, bundan öncə Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında İllinoys ştatının meri qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb və Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/cikaqo-meri-azerbaycanin-musteqillik-gunu-munasibetile-beyanname-ile-cixis-edib-2995

 

 

zline

Recent Posts

“Birleşik Rusya”, bilim merkezlerinin modern ekipmanlarla donatılması için fon sağlanması talebiyle Eğitim ve Bilim Bakanlığı’na başvurdu

“Birleşik Rusya”, bilim merkezlerinin modern ekipmanlarla donatılması için fon sağlanması talebiyle Eğitim ve Bilim Bakanlığı’na…

48 saniye ago

“Birleşik Rusya”, “Çizim Zaferi” yarışmasının kazananlarını ödüllendirdi

“Birleşik Rusya”, “Çizim Zaferi” yarışmasının kazananlarını ödüllendirdi 2024 Partinin “Yeni Okul” projesinin desteğiyle 12. kez…

2 saat ago

Birleşik Rusya, Ekonomik Kalkınma Bakanlığı’ndan sanayideki personel sıkıntısının giderilmesi için yeterli önlemlerin alınmasını istedi

Birleşik Rusya, Ekonomik Kalkınma Bakanlığı’ndan sanayideki personel sıkıntısının giderilmesi için yeterli önlemlerin alınmasını istedi 2024…

3 saat ago

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib 2024 Ankarada Ümummilli Lider…

4 saat ago

Birleşik Rusya, bakanlık pozisyonları için adayları destekledi

Birleşik Rusya, bakanlık pozisyonları için adayları destekledi 2024, Bunlar Mikhail Mişustin tarafından değerlendirilmek üzere Devlet…

5 saat ago

Birleşik Rusya’nın desteğiyle Stavropol Bölgesi’ndeki kırsal bir müzik okuluna yeni enstrümanlar bağışlandı

Birleşik Rusya’nın desteğiyle Stavropol Bölgesi’ndeki kırsal bir müzik okuluna yeni enstrümanlar bağışlandı 2024, “Küçük Anavatan…

6 saat ago