Categories: KÜLTÜR SANAT

Ceyhun Bayramovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşünə dair mətbuat məlumatı

No:068/24, Ceyhun Bayramovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşünə dair mətbuat məlumatı

22 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

 

Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

 

 

 

 

Nazir Ceyhun Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

 

Sülh sazişi layihəsinə gəldikdə ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

 

Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no06824

 

zline

Recent Posts

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib 2024 Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib    …

50 dakika ago

“Birleşik Rusya” Yakutistan’da “Silahını SVO’ya Ver” kampanyasını başlattı

“Birleşik Rusya” Yakutistan’da “Silahını SVO’ya Ver” kampanyasını başlattı 2024, 10 Temmuz’a kadar bölge sakinleri, özel…

2 saat ago

Встреча Президента Казахстана с Эмиром Государства Катар

События Акорда Встреча Президента Казахстана с Эмиром Государства Катар 2024 года     🇰🇿🇶🇦 Қазақстан…

4 saat ago

Kazakistan Cumhurbaşkanı’nın Katar Emiri ile görüşmesi

Olaylar Akorda Kazakistan Cumhurbaşkanı’nın Katar Emiri ile görüşmesi 2024   🇰🇿🇶🇦 Қазақстан Президенті Қатар Мемлекетінің…

6 saat ago

Қазақстан Президенті Қатар Мемлекетінің Әмірімен кездесті

Жаңалықтар Ақорда Қазақстан Президенті Қатар Мемлекетінің Әмірімен кездесті 2024 жылғы   🇰🇿🇶🇦 Қазақстан Президенті Қатар…

7 saat ago

Floridada 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Floridada 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib , 2024     Floridada…

8 saat ago