Categories: KÜLTÜR SANAT

Budapeştdəki Azərbaycan Evində gənc soydaşımızın “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib

 

 

 

Budapeştdəki Azərbaycan Evində gənc soydaşımızın “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
5 dekabr, 2022

Budapeştdəki Azərbaycan Evində gənc soydaşımızın “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyyət göstərən Azərbaycan Evində Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbir Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib ki, dünyada hər bir xalqı tanıdan amillərdən biri onun mədəniyyəti ilə bağlıdır. Qeyd edib ki, Azərbaycan mədəniyyətinin ölkə sərhədlərindən kənarda təbliğ olunmasında milli musiqimizin böyük rolu var və Ayan Məmmədlinin layihəsi də bu məqsədə xidmət edir.

Ölkəmizin zəngin musiqi mədəniyyətinə və dahi bəstəkarlara malik olduğunu söyləyən Ayan Məmmədli milli mədəni isrimizin qorunub saxlanılması və dünya miqyasında geniş təbliğ olunması istiqamətində dövlətimizin böyük və uğurlu işlər həyata keçirməsindən danışıb. Məhz bu baxımdan xaricdə yalnız təhsil almaqla kifayətlənmək istəmədiyini, həm də milli musiqimizi xaricdə təbliğ etməyi özünə borc bildiyini nəzərə çatdırıb. Layihə vasitəsilə milli musiqi nümunələrimizin yaranma tarixinə, məzmununa, Azərbaycanın əsrarəngiz təbiətinə diqqəti cəlb etmək, xarici ölkələrlə mədəni əlaqələrimizin inkişafına töhfə vermək istədiyini söyləyib.

Sonra istedadlı pianoçunun ifasında “Bayatı-Şiraz” muğamı, Azərbaycan xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm“, “Şuşanın dağları”, “Sarı gəlin”, görkəmli bəstəkarlar Fikrət Əmirovun və Qara Qarayevin əsərləri səsləndirilib.

Tədbir iştirakçıları gənc soydaşımızın ifasını alqışlarla qarşılayıblar.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/budapestdeki-azerbaycan-evinde-genc-soydasimizin-azerbaycandan-dunyaya-musiqi-tohfesi-layihesi-teqdim-edilib-2030

 

 

zline

Recent Posts

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi 2024 Bölgesel parti konferansına…

8 saat ago

Мемлекет басшысы БАҚ өкілдерін марапаттады

Жаңалықтар Ақорда Мемлекет басшысы БАҚ өкілдерін марапаттады 2024 жылғы     https://x.com/aqorda_press/status/1806269443003011368   28 маусым…

10 saat ago

Devlet başkanı medya temsilcilerini ödüllendirdi

Olaylar Akorda Devlet başkanı medya temsilcilerini ödüllendirdi 2024     https://x.com/aqorda_press/status/1806269443003011368     28 Haziran…

12 saat ago

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент 2024,…

13 saat ago

В Туле «Молодая Гвардия Единой России» организовала урок мужества для студентов

В Туле «Молодая Гвардия Единой России» организовала урок мужества для студентов 2024, Активисты пригласили на…

16 saat ago

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir 2024    …

17 saat ago