Brisbendə Azərbaycanın dövlət bayramları qeyd edilib
Brisbendə Azərbaycanın dövlət bayramları qeyd edilib
Avstraliyanın Brisben şəhərində yaşayan Azərbaycan icması Zəfər və Bayraq günləri münasibətilə bir araya gəlib.
Avstraliya və Okeaniya Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Brisbendəkı əlaqələndiricisi Elvin Əzimzadə bildirib ki, tədbirdə öncə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən icma üzvü Firəngiz Əkbərzadə soydaşlarımızı möhtəşəm bayramlar münasibətilə təbrik edib. Zəfər və Bayraq günlərinin tarixindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunan parlaq qələbəmizin böyük əhəmiyyətindən danışıb. Brisbendə yaşayan icmamızın bu şanlı Qələbə və Azərbaycan bayrağının Qarabağın azad edilmiş ərazilərində yenidən dalğalandırılması ilə qurür duyduğunu bildirib.
Tədbirin bədii hissəsində avstraliyalı musiqiçi Con Varninin tarda ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı səsləndirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov da iştirak edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/brisbende-azerbaycanin-dovlet-bayramlari-qeyd-edilib-1927