Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib
2024
Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi əsasında Bolnisi rayonundakı “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib.
Bolnisinin Tandzia kəndində təşkil edilən düşərgəyə rayonun 20 kəndindən 80-dək gənc və yeniyetmə qatılıb.
Açılış mərasimində mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayıb və düşərgənin gələcək illərdə daha geniş tərkibdə təşkil olunacağı və ənənə halı alacağına əminliyini ifadə edib.
“Düşərgələrin uşaqların təlim-tərbiyəsi, səmərəli fəaliyyətə qoşulması baxımından əhəmiyyəti danılmazdır. Kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir”,- deyə Rezo Həsənov müsahibəsində qeyd edib.
Düşərgə iştirakçıları Tandzia kəndində yerləşən görkəmli ictimai xadim Sulxan-Saba Orbelianinin ev muzeyini ziyarət edib, orada sərgilənən tarixi eksponatlarla tanış olub, ətraf mühitin qorunması məqsədilə muzeyin ərazisində təmizlik aksiyası keçiriblər.
İştirakçılar müxtəlif mövzularda təqdimatlar hazırlayıb, milli musiqi və filmlərimizlə bağlı əyləncəli, intellektual oyunlar oynayıblar.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/bolnisi-genclerinin-i-yay-dusergesi-kecirilib-5032
“Qafqaz Hüquq, Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib, Diasporla İş üzrə Dövlət Komitəsi