Categories: KÜLTÜR SANAT

Belqradda “Heydər Əliyev İli” çərçivəsində konfrans təşkil edilib

 

 

 

Belqradda “Heydər Əliyev İli” çərçivəsində konfrans təşkil edilib

2023

Belqradda “Heydər Əliyev İli” çərçivəsində konfrans təşkil edilib

 

 

 

Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi“ndə “Heydər Əliyev və dil siyasəti” mövzusunda konfrans, eləcə də “Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr” mövzusunda müzakirələr və ədəbi-bədii tədbir keçirilib.

“Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, müəllim-tələbə heyəti və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Konfrans öncəsi bir qrup soydaşımız – ADU-nun nümayəndə heyəti, ölkəmizin Serbiyadakı səfirliyinin, “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin təmsilçiləri və azərbaycanlı tələbələr ümummilli lider Heydər Əliyevin Taşmaydan parkındakı abidəsini ziyarət ediblər. Müasir Azərbaycan dövlətinin qurucusunun əziz xatirəsini ehtiramla yad edən soydaşlarımız onun abidəsi önünə gül dəstələri düzüblər. Eyni zamanda Taşmaydan parkında yerləşən serb yazıçısı Milorad Paviçin və “Biz hələ uşaq idik” abidələri də ziyarət olunub.

“Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri, diaspor fəalı Günel Babanlı konfrans iştirakçılarını azərbaycan və serb dillərində salamlayıb. Ardınca iki ölkənin Dövlət himnləri səsləndirilib və Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra ADU-nun rektoru, akademik Kamal Abdullayevin konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevin salamını tədbir iştirakçılarına çatdıran səfirliyin 2-ci katibi Elvin Əlizadə iki dost ölkə arasında mədəni əlaqələrin qurulmasının tarixi, inkişaf mərhələləri və hazırkı vəziyyəti haqqında danışıb. Azərbaycan-Serbiya arasındakı dostluq münasibətlərinin 26-cı ildönümünə həsr olunmuş videoçarx təqdim edilib.

 

 

 

 

Daha sonra Belqrad Universitetinin Şərqşünaslıq kafedrasının müdiri, professor, Ema Milykoviç, Belqrad Universitetininin professoru, türkoloq Kseniya Aykut, ADU-da fəaliyyət göstərən “Serb dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri, dosent Lalə Məcidova, Serbiya-Azərbaycan Ticarət Palatasının direktor muavini Biserka Yevtimiyeviç və başqaları çıxış edərək, həyata keçirilən layihələrdən və görülən işlərdən danışıblar.

Yunus Əmrə İnstitutunun direktoru Dinser Şahinin “Bir millət, iki dövlət”, ADU-nun Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyevanın “Heydər Əliyevin dil siyasəti” təqdimatları, ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şükufə Cabbarovanın “Azərbaycan dili və mədəniyyəti”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti Səkinəxanım Rzayevanın “Rəsmi dilin qanuni əsasları” adlı məruzələri maraqla qarşılanıb. Konfransın elmi hissəsi Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dili haqqında söylədikləri fikirləri, qanun və qərarları əks etdirən videoçarxın təqdimatı ilə yekunlaşıb. Videoçarxın alt yazılarını serb dilində Günel Babanlı hazırlayıb.

Konfransın bədii hissəsində Belqrad Milli Opera Teatrının solisti, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Jasmina Trumbetaş çıxış edərək, Azərbaycan musiqisi və mədəniyyətini bu ölkədə təbliğ edən diaspor fəalı, Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuş mərhum Zərifə Əlizadənin xatirəsini yad edib və onun gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra vokalçı Azərbaycan bəstəkarları Müslüm Maqomayevin və Niyazinin “Azərbaycan” və “Arzu” əsərlərini ifa edib.

 

 

 

 

Belqrad Universitetində təhsil alan tələbələr – Taleh Ələkbərli (serb dilində), Katarina Miletiç (Azərbaycan dilində) Heydər Əliyevin çox sevdiyi Səməd Vurğunun “Azərbaycan”, Vidadi Quluzadə (serb dilində), Mariya Rodovanoviç (Azərbaycan dilində) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın babasının əziz xatirəsinə həsr etdiyi “Elegiya” şeirlərini səsləndiriblər.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/belqradda-heyder-eliyev-ili-cercivesinde-konfrans-teskil-edilib-3103

 

 

 

zline

Recent Posts

Komitə əməkdaşları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Komitə əməkdaşları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər 10 may, 2024…

44 dakika ago

Eyyübiye Belediyesi Atölyesi Fabrika Gibi Çalışıyor

Bülten No: 106 10 Mayıs 2024 Eyyübiye Belediyesi Atölyesi Fabrika Gibi Çalışıyor Kaynaklarını en iyi…

1 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Hala Sultan İlahiyat Koleji’ni ziyaret etti

Cumhurbaşkanı Ersin Tatar, Hala Sultan İlahiyat Koleji’ni ziyaret etti .2024     Cumhurbaşkanı @ErsinrTatar, Hala…

2 saat ago

HALİLİYE BELEDİYESİ CULHA ATÖLYESİNDE KURS KAYITLARI SÜRÜYOR

TARİH 10.05.2024 İLETİ NO 174 KONU HALİLİYE BELEDİYESİ CULHA ATÖLYESİNDE KURS KAYITLARI SÜRÜYOR HALİLİYE BELEDİYESİ…

3 saat ago

“Birleşik Rusya” LPR’de Büyük Vatanseverlik Savaşı gazilerini tebrik etti

“Birleşik Rusya” LPR’de Büyük Vatanseverlik Savaşı gazilerini tebrik etti 2024, Onlar için törenler düzenlendi ve…

3 saat ago

Komitədə Əməkdar artist Elvin Xoca Qəniyevlə görüş olub

Komitədə Əməkdar artist Elvin Xoca Qəniyevlə görüş olub , 2024 Komitədə Əməkdar artist Elvin Xoca…

6 saat ago