Categories: KÜLTÜR SANAT

Başqırdıstanda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilib

 

 

 

Başqırdıstanda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilib
2023
Başqırdıstanda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilib

Rusiya Federasiyası Başqırdıstan Respublikasının (BR) Ufa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

BR Dövlət Məslisi – Qurultayın təşkilatçılığı və “BR Azərbaycan Mədəniyyət Mərkəzi”nin iştirakı ilə 24-27 may 2023-cü il tarixində baş tutan tədbirlərdə bu respublikada səfərdə olan Azərbaycan Milli Məclisinin (MM) deputatı Sabir Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdirinin müavini Əli Baytalov, AzTV-nin analitik qrupunun rəhbəri Faiq Hüsiyev, yerli hökumətin, parlamentin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Öncə Ufa Dövlət Neft Texniki Universitetində Azərbaycan Respublikası auditoriyasının təntənəli açılış mərasimi keçirilib. Bu auditoriya həmin universitetin azərbaycanlı məzunu, BR əməkdar inşaatçısı, iş adamı Əyyub Bəbirovun maliyyə dəstəyi və Sumqayıt Dövlət Universitetinin layihəsi əsasında yaradılıb.

Tədbir iştirakçılarını salamlayan rektor Oleq Baulin Azərbaycan Respublikası auditoriyasını “universitetin ürəyi” adlandırıb.

 

 

 

 

 

 

MM üzvü Sabir Hacıyev “Heydər Əliyev İli”ndə bu auditoriyanın açılmasını əlamətdar hadisə kimi dəyərləndirib: “Düşünürəm ki, Heydər Əliyev bu gözəl auditoriyanı görsəydi, dizaynı çox bəyənərdi. Biz fəxr edirik ki, universitetin Azərbaycan Respublikası adlandırılmış auditoriyası var”.

Sonra “Başqırdıstan-Azərbaycan körpüsü” adlı sərginin açılış mərasimi keçirilib. Sərgidə Lira Süleyman, Nailə Bavalı, Nərgiz Quluzadə və Nəzrin Məmmədova kimi azərbaycanlı rəssamların da rəsm əsərləri nümayiş etdirilib.

“Heydər Əliyev İli” çərçivəsində DİDK-nın şöbə müdirinin müavini Əli Baytalovla Xalqlar Dostluğu Evində görüş keçirilib. “BR Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Qabil Məmmədovun təqdim etdiyi videohesabatda mərkəzin fəaliyyəti, yerli əhalinin Azərbaycanla bağlı məlumatlandırılması istiqamətində həyata keçirilən layihələr, Xalqlar Dostluğu Evi ilə birgə təşkil edilən mədəni tədbirlər öz əksini tapıb.

Tədbirdə Xalqlar Dostluğu Evinin direktoru Flyuza Qaysina və digər milli-mədəni muxtariyyətlərin rəhbərləri çıxış ediblər. Azərbaycan icması ilə əməkdaşlıq münasibətlərindən danışan soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndiriblər.

Görüş iştirakçılarını salamlayan DİDK şöbə müdirinin müavini Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdiklərinə və öz xalqlarının mədəniyyətini dəstəklədiklərinə görə icmamıza, Xalqlar Dostluğu Evinin rəhbərliyinə və respublikada yaşayan digər millətlərin nümayəndələrinə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Görüşün sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

 

 

 

Daha sonra mərkəzin nəzdindəki rəqs və idman dərnəklərinin fəaliyyəti ilə tanışlıq olub. Rəqs dərnəyində müxtəlif millətləri təmsil edən 89 uşaq və gəncin Azərbaycan rəqsləri ilə məşğul olduğu barədə qonağa məlumat verilib. Dərnək üzvlərinin ifasında “Yallı”, “Tərəkəmə” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib. Azərbaycanlı uşaqların məşq etdiyi “”Karate Kyokushinkai RB” idman klubunda isə yarışlarda yüksək nəticələr əldə edən 8 idmançıya Komitənin adından fəxri fərman verilib.

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə ikinci görüş Rusiya Hüquqşünasları Gildiyasında baş tutub. Gildiyanın BR üzrə vitse-prezidenti Valeh Abbasovun moderatorluğu ilə baş tutan görüşdə BR Dövlət Assambleyası – Qurultay sədrinin müavini Rüstəm Əhmədinurovun təbrik məktubu oxunub. Məktubda ölkəmizlə iqtisadi əməkdaşlığın əhəmiyyəti, Başqırdıstanda 15-20 minə yaxın azərbaycanlının yaşadığı, 2022-ci ildə Azərbaycanla ticarət dövriyyəsinin 85% artaraq 92 milyon dollara çatdığı vurğulanıb.

 

 

 

 

Tədbirdə uzun illərdir Başqırdıstanda yaşayan və respublikanın rifahı üçün çoxlu işlər görmüş azərbaycanlıların ünvanına minnətdarlıq ifadə olunub. “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Qabil Məmmədov, mərkəzin idarə heyətinin sədri Mətanət Əmrahova, “Azərbaycan Xalqının Dostluq Evi”nin rəhbəri Rəna İbrahimova təşkilatların fəaliyyət istiqamətlərini əks etdirən videotəqdimatlarla çıxış ediblər.

Tədbirlər silsiləsi “qara qızıl” hasilatına görə “ikinci Bakı” adlandırılan İşimbay şəhərində başqırd və Bakı neftçilərinin xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasiminin keçirilməsi ilə başa çatıb. Mərasimdə çıxış edən İşimbay şəhərinin icra başçısı Azat İşemqulov başqırd neftinin tarixindən danışarkən bakılı neftçilərin 702-ci quyudan ilk başqırd sənaye neftinin çıxarılmasında böyük rolunu xatırladıb: “Bu gün dostluğun davam etdiyini görürük. Azərbaycanlı həmkarlarımıza və dostlarımıza tarixi yaddaşı qoruduqlarına, dövlətlərimiz və xalqlarımız arasında saldıqları dostluq körpüsünə görə işimbaylılar adından təşəkkür edirəm”.

 

 

 

 

Qeyd edək ki, bu abidənin ucaldılması və onun ətrafındakı meydanın abadlaşdırılması həmvətənimiz Əyyub Bəbirovun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Abidənin gələn ilin may ayında açılması nəzərdə tutulub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/basqirdistanda-heyder-eliyev-ili-cercivesinde-silsile-tedbirler-kecirilib-3064

 

 

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

16 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

1 gün ago