Barselona Azərbaycan Evində 20 Yanvar şəhidləri yad edilib
, 2024
Barselona Azərbaycan Evində 20 Yanvar şəhidləri yad edilib
İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri, Azərbaycan Evinin rəhbəri Kərim Kərimovun təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkənizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi, harada yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaq.
Sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/barselona-azerbaycan-evinde-20-yanvar-sehidleri-yad-edilib-4100