Categories: DÜNYA

Azərbaycanlı tələbə Minnesota Dövlət Universiteti üçün marş bəstələyib

Azərbaycanlı tələbə Minnesota Dövlət Universiteti üçün marş bəstələyib

 

 

 

, 2023

 

 

 

 

Azərbaycanlı tələbə Minnesota Dövlət Universiteti üçün marş bəstələyib

 

 

 

 

Minnesota Dövlət Universitetində təhsil alan Şəmsi Tağıyev “Minnesota State University, Mankato” Marş Orkestrinin rəsmi marşı müsabiqəsinin qalibi olub.

 

 

 

 

 

Bu marş payız mövsümündən etibarən Minnesota Dövlət Universitetinin kampusunda və Mankato şəhərində keçiriləcək hər bir idman oyunundan öncə səsləndiriləcək. “Marşın yazılması məqsədilə universitet daxilində film bəstəkarlığı fakültəsinin və digər musiqi fakültəsinin tələbələri arasında müsabiqə keçirildi. Mən də marşın demo versiyasını yazıb göndərdim. Bəstəm bəyənildi və seçildi. Bu marşı Minnesota Dövlət Universitetinin Orkestri iştirak etdiyi hər tədbirdə, oyunlarda və bayramlarda canlı şəkildə ifa edəcək”, – deyə Şəmsi Tağıyev bildirib.

 

 

 

 

 

Qeyd edək ki, istedadlı gənc soydaşımız bundan öncə Bakıda çəkilən “Tarix” (“The Date”) animasiya filminə musiqi bəstələyib. İkinci Qarabağ müharibəsindən sonra hazırlanmış bu ilk animasiya filminin təqdimatı 2 avqust 2022-ci ildə Azərbaycan Kinosu Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Film Bakıda keçirilən V “Animafilm International Animation Festival”ında, Hindistanda XIX “Aakruti-My Creation International Film Festival”ında və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında uğurla iştirak edib, Qazaxstanın “Altın Saka” III beynəlxalq animasiya film festivalında III yerə layiq görülüb.

 

 

 

 

 

Əslən Ağdamdan olan müəllim ailəsində Mingəçevir şəhərində dünyaya gələn Şəmsi Tağıyev Bakıdakı Azəf Zeynallı adına Musiqi Kollecini skripka ixtisası üzrə bitirib. Ölkəmizdə kino sahəsində çalışdıqdan sonra təhsilini ABŞ-da film musiqisi bəstəkarlığı, musiqi biznesi və film rejissorluğu ixtisasları üzrə davam etdirmək qərarına gəlib. Babası Neftun Tağıyev vaxtilə Mingəçevir Dövlət Dram Teatrının aktyoru olub və “Qəzəlxan” filmində çəkilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-telebe-minnesota-dovlet-universiteti-ucun-mars-besteleyib-3191

zline

Recent Posts

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan ilə Belarus arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan ilə Belarus arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur”, ÖZEL…

2 saat ago

ABDULSELAM ZENGİN OĞLUM AZİZ ZENGİZ SMA HASTASI DEĞİL AZİZ KAZANACAK

ABDULSELAM ZENGİN OĞLUM AZİZ ZENGİZ SMA HASTASI DEĞİL AZİZ KAZANACAK ABDULSELAM ZENGİN oğlum SMA Hastası…

3 saat ago

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi…

4 saat ago

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler 2024 Etkinlik, gençlik…

6 saat ago

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi 2024 Bunun…

7 saat ago

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı 2024 Çevrimiçi eğitim oturumunun ilk aşamasına binden…

8 saat ago