Categories: KÜLTÜR SANAT

Azərbaycanlı sənətçilər Texasda konsert proqramı ilə çıxış ediblər

 

 

 

Azərbaycanlı sənətçilər Texasda konsert proqramı ilə çıxış ediblər
, 2023
Azərbaycanlı sənətçilər Texasda konsert proqramı ilə çıxış ediblər
Ostin şəhərində Texas Universitetinin Simfonik Orkestri (UTSO) Azərbaycan mədəniyyətini və musiqisini əks etdirən konsert proqramı təqdim edib.

Batler Musiqi Məktəbinin 700 nəfərlik Beyts zalında baş tutan konsertdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

UTSO-nun və ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının tarixində ilk dəfə olaraq simfonik orkestrlə birgə kamança və nağara, muğam və rəqs sənətinin iştirakı ilə keçirilən musiqi gecəsində Azərbaycanın görkəmli bəstəkarı Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün konserti və Fərhad Xudiyevin “Əbədiyyətin səsləri” simfonik əsəri təqdim olunub.

Tanınmış dirijor və bəstəkar, Azərbaycan əsilli amerikalı musiqiçi Fərhad Xudiyevin idarə etdiyi konsertdə Azərbaycanın xalq artistləri Alim Qasımov (xanəndə) və Natiq Şirinov (nağara ifaçısı), ABŞ-da yaşayan kamança ustası İmamyar Həsənov və rəqqasə Ləman Hendriks çıxış ediblər.

Azərbaycanlı sənətçilərin virtuoz ifalarına valeh olan tamaşaçılar onların çıxışlarını gur alqışlarla qarşılayıblar.

 

 

 

Maestro Xudiyev tədbirin uğurla keçirilməsi üçün göstərdikləri dəstəyə və töhfələrinə görə xeyriyyəçi və donor Ernest və Sarah Batlerə, Batler Musiqi Məktəbinin rəhbərliyinə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Şpitsberqə təşəkkürünü bildirib.

Azərbaycan icmasının üzvləri isə öz növbəsində orkestrə, Batler Musiqi Məktəbinin rəhbərliyinə və tanınmış həmyerlimizə minnətdarlıqları ifadə ediblər.

Qeyd edək ki, Fərhad Xudiyev Azərbaycan mədəniyyətinin və klassik musiqisinin Amerika səhnəsində geniş təbliğ olunmasının ən böyük dəstəkçilərindən biridir.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-senetciler-texasda-konsert-proqrami-ile-cixis-edibler-2702

 

 

 

zline

Recent Posts

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

2 saat ago

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

9 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

10 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

11 saat ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

13 saat ago