Categories: KÜLTÜR SANAT

Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək

 

 

 

 

Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək


, 2022
Azərbaycanlı pianoçu Nərgiz Əliyarova Kennedi Mərkəzinin Millenium səhnəsində çıxış edəcək

Yanvarın 12-də Vaşintondakı Kennedi Mərkəzinin Millinium səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın “Music of the Silk Road” (“İpək Yolunun musiqisi”) adlı konserti keçiriləcək.

Kennedi Mərkəzinin yaydığı xəbərdə bildirilir ki, konsertdə qədim İpək Yolunun üzərində yerləşən üç ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri səsləndiriləcək: “Nyu-Yorkdan olan tanınmış pianoçu Nərgiz Əliyarova Amerika musiqisevərlərinin elə də tanış olmadığı bu Şərq ölkələrinin musiqilərini təqdim edəcək”.

Konsertin elanında Nərgiz Əliyarova haqqında məlumat da verilib. Nyu-Yorkdakı konsertin şərhlərinə əsasən bildirilib ki, “Dr. Əliyarova, şübhəsiz ki, mükəmməl pianoçuluq bacarığını və artistizmi aparıcı və müəllim rolu ilə birləşdirən dinamo-maşındır”.

Nyu-Yorkda yaşayan Nərgiz Əliyarovanın beynəlxalq səviyyədə tanınmış pianoçu və professor olduğu, professional səhnəyə ilk dəfə 9 yaşında çıxdığı, dünyanın 40-dan çox şəhərində kamera və simfonik orkestrlərlə birlikdə solist və ifaçı kimi çıxış etdiyi nəzərə çatdırılıb: “Onun repertuarına barokkodan müasir dövrə qədər olan musiqi daxildir. 2018-ci ildə Linkoln Mərkəzində, 2022-ci ilin martında “Karnegi Hall”da və 2022-ci ilin noyabrında “Karnegi Hall”un Stern konsert salonunda debüt edib”.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocu-nergiz-eliyarova-kennedi-merkezinin-millenium-sehnesinde-cixis-edecek-2145

 

 

zline

Recent Posts

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu müxtəlif mövzulu təqdimatlarla və çıxışlarla davam edib , 2024  …

1 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Adanalılar Kültür ve Dayanışma Derneği Başkanı Mehmet Aktaş ve yönetim kurulu üyelerini kabul etti

Cumhurbaşkanı Ersin Tatar, Adanalılar Kültür ve Dayanışma Derneği Başkanı Mehmet Aktaş ve yönetim kurulu üyelerini…

2 saat ago

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ”, ÖZEL   Millet…

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Emekli Polisler Derneği yeni yönetimini kabul etti

Cumhurbaşkanı Ersin Tatar, Emekli Polisler Derneği yeni yönetimini kabul etti .2024 Cumhurbaşkanı Ersin Tatar, Birol…

11 saat ago

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib   , 2024 Münsterdə…

13 saat ago

Мемлекет басшысы Мальтаның Сыртқы істер министрі Иан Борчты қабылдады

Жаңалықтар Ақорда Мемлекет басшысы Мальтаның Сыртқы істер министрі Иан Борчты қабылдады   https://x.com/aqorda_press/status/1805553422051033280    …

14 saat ago