Categories: KÜLTÜR SANAT

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb

 

 

 

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb
7 yanvar, 2024

 

 

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb
İtaliyanın Albenqa şəhərində keçirilən “Città di Albenga” 36-cı Beynəlxalq piano müsabiqəsində Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi Ayan Məmmədli uğurla iştirak edib.

 

 

 

 

Son dərəcə gərgin keçən müsabiqədə böyük əzmlə çıxış edən istedadlı pianoçumuz 25 dəqiqə ərzində dahi bəstəkarlar Frans List, Aleksandr Skryabin və Bela Bartokun əsərlərindən ibarət proqramı ifa edib.

Hector Moreno (sədr), Avropada uşaq piano məktəbinin yaradıcısı Kim Monika Rayt, Genuya N.Paqanini Konservatoriyasının fortepiano müəllimi Cakomo Battarino, İtaliya Dövlət Konservatoriyası fortepiano kafedrasının müdiri, professor Simone Graqnani, Verona Musiqi Konservatoriyasının və Valeggio sul Mincio-nun Amadeus Akademiyasının fortepiano müəllimi Alberto Nose kimi musiqiçilərin daxil olduğu münsiflər heyəti soydaşımızın ifasını böyük maraq və rəğbətlə qarşılayıblar. Münsiflər heyətinin qərarına əsasən, Ayan Məmmədli müsabiqədə II yerə çıxıb.

 

 

 

 

Qeyd edək ki, məşhur musiqiçi Memorial Maria Silvia Folconun xatirəsinə həsr olunan “Città di Albenga” Beynəlxalq piano müsabiqəsi artıq ənənəyə çevrilib. Müsabiqədə dünyanın bir çox ölkələrindən gəlmiş onlarla ifaçı iştirak edir.

 

 

 

 

Ayan Məmmədli bildirib ki, bu gərgin müsabiqədə vətənimizi və xalqımızı layiqincə təmsil etdiyi üçün çox xoşbəxtdir: “Fürsətdən istifadə edərək, bütün həmvətənlərimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayıram”.

 

 

 

 

Xatırladaq ki, Ayan Məmmədli Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin məzunu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının ifaçılıq fakültəsinin bakalavr pilləsinin 4-cü kurs, musiqi pedaqogikası fakültəsinin 3-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Qran-pri mükafatçısıdır.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocu-italiyada-kecirilen-beynelxalq-musabiqede-ugur-qazanib-4050

 

 

 

zline

Recent Posts

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib.

53 dakika ago

Üst Düzey Yan Etkinliğe Katılım

Üst Düzey Yan Etkinliğe Katılım.

2 saat ago

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı.

4 saat ago

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait.

5 saat ago

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi.

7 saat ago

Belçikada Azərbaycan mətbəxi nümayiş olunub

Belçikada Azərbaycan mətbəxi nümayiş olunub.

8 saat ago