Categories: DÜNYA

Azərbaycanlı pianoçu ABŞ-ın Nyu-York və Kanzas şəhərlərində solo konsertlə çıxış edib

 

 

 

 

Azərbaycanlı pianoçu ABŞ-ın Nyu-York və Kanzas şəhərlərində solo konsertlə çıxış edib

, 2023

Azərbaycanlı pianoçu ABŞ-ın Nyu-York və Kanzas şəhərlərində solo konsertlə çıxış edib

ABŞ-ın Nyu-York və Kanzas şəhərlərində azərbaycanlı pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun solo konsertləri keçirilib.

 

 

 

 

Martin Patriç Memorial Studiyasının sahibi və səsyazma üzrə prodüseri Cozef Patriçın təşkilatçılığı ilə Klavirhauz (Nyu-York) və Müqəddəs Ceyms Katolik Kilsəsinin (Kanzas) zallarında baş tutan konsertlərdə pianoçunun ifasında dünyanın görkəmli bəstəkarları Robert Şuman, Frederik Şopen, İohann Sebastyan Bax və Aleksandr Silotinin əsərləri böyük məharətlə təqdim olunub.

 

 

 

Tamaşaçılar konsertləri alqışlarla qarşılayıblar. Azərbaycanlı musiqiçinin növbəti solo konserti 8 dekabr 2023-cü il tarixində Kanzas şəhərindəki Kavai Piano Qalereyasiyasında keçiriləcək.

Qeyd edək ki, Əli Məmmədov hazırda ABŞ-ın Kanzas şəhərində yaşayır. O, 2020-ci ildə “Florida Keys” musiqi müsabiqəsinin qalibi olub, bu il oktyabrın birinci yarısında tanınmış ABŞ musiqiçisi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində keçirilmiş dünyaşöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlərdə çıxış edib. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim edilmiş konsertlər silsiləsi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə həyata keçirilib. Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsi olub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocu-abs-in-nyu-york-ve-kanzas-seherlerinde-solo-konsertle-cixis-edib-3854

 

 

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar New York’a Vardı

Cumhurbaşkanı Ersin Tatar New York’a Vardı.

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Türkiye Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz ile görüştü

Cumhurbaşkanı Ersin Tatar, Türkiye Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz ile görüştü.

4 saat ago

Cumhurbaşkanı Ersin Tatar New York’a Vardı

Cumhurbaşkanı Ersin Tatar New York’a Vardı 22.09.2024   https://x.com/KKTCCB/status/1837893263077859729 24 Shares facebook sharing buttontwitter sharing…

6 saat ago

Devlet Başkanı, Başsavcı Berik Asylov’u kabul etti

Devlet Başkanı, Başsavcı Berik Asylov'u kabul etti.

6 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Türkiye Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz ile görüştü

Cumhurbaşkanı Ersin Tatar, Türkiye Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz ile görüştü 22.09.2024   https://x.com/KKTCCB/status/1837810195373699461   22…

6 saat ago

İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

7 saat ago