Azərbaycan musiqisi Or-Akiva şəhərinin parklarında canlı ifa ediləcək
, 2023
Azərbaycan musiqisi Or-Akiva şəhərinin parklarında canlı ifa ediləcək
İsrailin Or-Akiva şəhərində fəaliyyət göstərən və Azərbaycan musiqisini dost ölkədə təbliğ edən “Sevgi” instrumental ansamblı “Həyətinizdə canlı musiqi” layihəsinə start verir.
11 iyul və 16 iyul tarixlərində axşam saat 18.00-da baş tutacaq konsertlər üçün şəhərin Şizar və Orot rayonlarının parkları musiqi meydanı kimi seçilib. Layihənin başlıca məqsədi dağ yəhudilərinin və Azərbaycanın musiqi irsini İsraildə və onun hüdudlarından kənarda qoruyub saxlamaq və təbliğ etməkdir.
Qeyd edək ki, “Sevgi” instrumental ansamblı Mark Aqarunovun direktoru olduğu “Sevgi” musiqi mərkəzinin nəzdində fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri, kamança ifaçısı Salman Rabayevdir. Ansamla Yakov Semenduyev (klaviş), Gennadi Binayev (gitara), Rüstəm Yunayev (nağara) kimi peşəkar musiqiçilər daxildir.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü olan Salman Rabayev 1950-ci il oktyabrın 22-də Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1990-cı ildən İsraildə yaşayır. Bakını çox sevən musiqiçi şeir və mahnılarını doğma şəhərimizə həsr edir, Azərbaycanı daim dəstəkləyir. Onun repertuarında “Qarabağ”, “Şur” muğamı, “Ana Kür” mahnısı və sair əsərlər var.
Azərbaycan musiqisini və həqiqətlərini İsraildə fəal şəkildə təbliğ etdiyinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-musiqisi-or-akiva-seherinin-parklarinda-canli-ifa-edilecek-3195