Categories: SİYASET

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Şərqdə və müsəlman aləmində ilk demokratik dövlətin yaranmasından 106 il ötür.
106 il əvvəl  Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Prezident İlham Əliyevin cıxışlarının birində qeyd etdiyi kimi, biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Tariximizə ehtiram əlaməti olaraq Azərbaycan xalqı üçün İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
“Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Ulu Öndər Heydər Əliyev çıxışlarından birində səsləndirdiyi bu kəlmələrində çox haqlı idi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Ömrü qısa olsa da, illər sonra tarixi ədalət bərqərar oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan sələfinin  taleyini yaşamağın bir addımlığında olsa da, xalqın düzgün rəhbər  seçimi sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamağın daha çətin, məsuliyyətli olmasını zamanla baş verən siyasi proseslər bir daha sübut etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.

Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Cümhuriyyətdən miras qalan bayrağımıza da Ulu Öndər yenidən həyat verdi.  İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır.”

Ülker PİRİYEVA/AZERBAYCAN

zline

Recent Posts

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Minister for Foreign and European Affairs and Trade of Malta, the OSCE Chair-in-Office

Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Minister for Foreign and…

58 dakika ago

Birleşik Rusya’nın yardımıyla Ulyanovsk’ta bir istihdam fuarı düzenlendi

Birleşik Rusya’nın yardımıyla Ulyanovsk’ta bir istihdam fuarı düzenlendi 2024 “Birleşik Rusya ile Kariyerim” parti projesi…

10 saat ago

Birleşik Rusya, Moskova bölgesindeki Pavlovsky Posad’da açık sambo eğitim oturumu düzenledi

Birleşik Rusya, Moskova bölgesindeki Pavlovsky Posad’da açık sambo eğitim oturumu düzenledi 2024 Ders “ZaSambo” parti…

11 saat ago

Diasporla İş üzrə Dövlət Komitəsi Qırğızıstan Xalq Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub

Diasporla İş üzrə Dövlət Komitəsi Qırğızıstan Xalq Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub 2024…

13 saat ago

Dövlət Komitəsində azərbaycanlı gənclərin yaratdığı mobil tətbiqin təqdimatı keçirilib

Dövlət Komitəsində azərbaycanlı gənclərin yaratdığı mobil tətbiqin təqdimatı keçirilib 2024   https://x.com/DiasporaAz/status/1806636085314769086     Dövlət…

16 saat ago

Cumhurbaşkanı Ersin Tatar onuruna Manchester’da resepsiyon düzenledi

Cumhurbaşkanı Ersin Tatar onuruna Manchester’da resepsiyon düzenledi .2024   https://x.com/KKTCCB/status/1807130669208023469   Shares facebook sharing buttontwitter…

16 saat ago