Azərbaycan icması Sidneydə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gününə qatılıb
2023
Azərbaycan icması Sidneydə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gününə qatılıb
Avstraliyanın Sidney şəhərində 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunmuş festival keçirilib.
Avstraliya-Azərbaycan Assosiasiyası və Avstraliyada Türkiyə Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutan tədbirdə Sidney şəhər bələdiyyəsinin, Türkiyənin Sidneydəki Baş konsulluğunun, Yeni Güney Uels (NSW) əyalət hökumətinin nümayəndələri, millət vəkilləri, Azərbaycan və türk icmalarının fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki koordinatoru Mikayıl Oyta bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan, Türkiyə və digər türk dövlətlərini təmsil edən icmaların birgə fəaliyyətinin bütün dünyada, o cümlədən uzaq Avstraliyada önəminə diqqəti cəlb edib.
Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycan guşəsində xalqımızın tarixini, mədəniyyətini əks etdirən kitablar, jurnallar, broşürlər, musiqi alətləri və digər suvenirlər nümayiş etdirilib.
Bayram şənliyi konsert və əyləncəli oyunlarla davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-sidneyde-milli-suverenlik-ve-usaq-bayrami-gunune-qatilib-2851