Categories: DÜNYA

Azərbaycan icması Ermənistanın Niderlanddakı səfirliyi qarşısında piket keçirib

Azərbaycan icması Ermənistanın Niderlanddakı səfirliyi qarşısında piket keçirib

 

 

Azərbaycan icması Ermənistanın Niderlanddakı səfirliyi qarşısında piket keçirib
Azərbaycan icması Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısında piket keçirib.

Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə baş tutan aksiyada Niderlandın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan bayraqlarının dalğalandırıldığı piketdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatları Azərbaycana təqdim et!”, “Edilli qətliamının günahkarları cəzalandırılsın!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib.

İcazəli aksiya Ana Vətən Avropa Azərbaycanlıları Qadınlar Birliyinin təşəbbüsü, Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı və Hollandiya Azərbaycan Evi, Niderland Azərbaycan Evi təşkilatı, Hollandiya Türk Azərbaycan Kültür dərnəyinin üzvlərinin iştirakı ilə baş tutub.

Aksiya iştirakçıları “Ermənistan minaları mülki şəxsləri öldürür”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülh seçimin rədd edir” Edillidə aşkarlanan kütləvi məzarlığın görüntülərini əks etdirən plakatlarla Ermənistanı sülhü dəstəkləməyə, mina xəritələrini Azərbaycana təhvil verməyə çağırıblar.

Haqada keçirilən Beynəlxalq Qlobal konfransın Estoniyadan olan iştirakçısı Azərbaycanlıların aksiyasına biganə qala bilməyib fikirlərini onlarla bölüşüb.

Pause

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-ermenistanin-niderlanddaki-sefirliyi-qarsisinda-piket-kecirib-1641

 

 

 

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

19 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

2 gün ago