Categories: DÜNYA

Azərbaycan futbol klubu Polşanın həvəskarlar liqasında peşəkarlıq nümayiş etdirir

 

 

 

Azərbaycan futbol klubu Polşanın həvəskarlar liqasında peşəkarlıq nümayiş etdirir

 

 

 

, 2023
Azərbaycan futbol klubu Polşanın həvəskarlar liqasında peşəkarlıq nümayiş etdirir
Polşanın həvəskarlar liqasında Katovitse şəhərini təmsil edən “Land of Fire” (“Odlar Yurdu”) Azərbaycan futbol klubu uğurla çıxış edir.

 

 

 

 

“Land of Fire” klubu 2022-ci ilin avqustunda Polşada yaşayan soydaşlarımız Əli Nəcəfov və Heydər Qurbanovun birgə təşəbbüsü ilə qurulub. Soydaşlarımız öncə bu addımı asudə vaxtın səmərəli keçirilməsi məqsədilə atıblar. Sonradan klub Polşadakı həvəskar liqaya qoşulub və uğurlar qazandığından ölkə kuboku uğrunda yarışa dəvət olunub.

Hazırda Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Əli Nəcəfovun rəhbərlik etdiyi klubun tərkibində azərbaycanlı futbolçularla yanaşı, 3 əcnəbi – ukraynalı, braziliyalı və misirli futbolçu təmsil olunur. Onların arasında Heydər Qurbanov (qapıçı, kapitan), İsmayıl Hüseynov (qapıçı), Vadim Şəfiyev, Pərvin Nəcəfov, Əlisahib Əmiraslanov, Vlad Bebeşko (müdafiəçilər), Murad Qocayev, Hossen Şalabi, Rüfət Ağayev (yarımmüdafiəçilər), Nikolas Decarli, Cavid Süleymanov (hücumçular) kimi futbolçular var. Komandanın məşqçisi Ülvi Musayevdir.

 

 

 

 

Soydaşlarımızın bəziləri vaxtilə Azərbaycanın müxtəlif futbol klublarında peşəkar oyunçu olublar, lakin zədələr səbəbindən futbolçu karyeraları ilə vidalaşıblar. Polşanın müxtəlif şəhərlərində yaşasalar da, tarixi vətənlərinə, futbola olan sevgiləri və Azərbaycan bayrağını yüksəklərə ucaltmaq arzusu onları bir araya gətirib.

 

 

 

 

Əli Nəcəfovun sözlərinə görə, hələlik liqa oyunlarında ən parlaq nəticəni Əlisahib Əmiraslanov göstərib və 75-ə yaxın qolun müəllifidir. Polşada Azərbaycan futbol klubu yerli ictimaiyyətə Azərbaycan dövlətini, xalqımızı və bayrağımızı tanıtmaq, komandanı peşəkar liqaya çıxarmaq və soydaşlarımızın yerli peşəkar futbol klublarına transfer edilməsinə nail olmaq məqsədilə təşkil edilib.

O nəzərə çatdırıb ki, başlanğıc o qədər də asan olmayıb, öncə liqada hakimlərin Azərbaycan klubuna qarşı aqressiv və ədalətsiz davranışı ilə qarşılaşıblar: “Amma zəhmətimiz və inadkarlığımız sayəsində indi bizim klubu özlərindən biri kimi qəbul edirlər. Bu, hədəflərimizdən biri idi və buna çatdıq”.

Yeri gəlmişkən, “Land of Fire” klubunun üzvləri vaxtaşırı Varşavada fəaliyyət göstərən Azərbaycan Evini də ziyarət edirlər. Komandanın uğurları ilə bağlı sevinclərini Varşavadakı soydaşlarımızla bölüşür, gələcək planları barədə fikirlərini bildirirlər.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-futbol-klubu-polsanin-heveskarlar-liqasinda-pesekarliq-numayis-etdirir-3314

 

 

zline

Recent Posts

Alaattin Çakıcı o haberleri ve özür iddialarını yalanladı

Alaattin Çakıcı o haberleri ve özür iddialarını yalanladı Alaattin Çakıcı sosyal medyada gündeme gelen hakkındaki…

2 saat ago

“Birleşik Rusya” bölgelerdeki çalışmalarında öne çıkan okul mezunlarını ödüllendirdi

“Birleşik Rusya” bölgelerdeki çalışmalarında öne çıkan okul mezunlarını ödüllendirdi 2024 Madalya sahipleri, Olimpiyat kazananları ve…

3 saat ago

В Ульяновске при содействии «Единой России» прошла ярмарка трудоустройства

В Ульяновске при содействии «Единой России» прошла ярмарка трудоустройства 2024, Ее организовали по партпроекту «Моя…

5 saat ago

Smolensk’te 100’den fazla kişi Birleşik Rusya’nın “Sıhhi savunmaya hazır” programını tamamladı

Smolensk’te 100’den fazla kişi Birleşik Rusya’nın “Sıhhi savunmaya hazır” programını tamamladı 2024 Partinin halk destek…

6 saat ago

В Смоленске программу «Единой России» «Готов к санитарной обороне» прошли уже более 100 человек

В Смоленске программу «Единой России» «Готов к санитарной обороне» прошли уже более 100 человек 2024,…

8 saat ago

SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN TÜM SİYASİ PARTİLERE ÇAĞRI 

SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN TÜM SİYASİ PARTİLERE ÇAĞRI SON Parti Genel Başkanı Murat…

9 saat ago