Categories: KÜLTÜR SANAT

Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib

 

 

 

Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib

Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib

Noyabrın 22-də Avstriyanın Linz şəhərində Anton Brukner adına Konservatoriyanın tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Ayan Məmmədlinin “Qarabağdan musiqi töhfəsi” adlı layihənin təqdimatı keçirilib.

Tədbir “Bechstein Piano Centrum”un təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Palais Käufmannischer Verein”də (“Ticarətçilər Cəmiyyətinin Sarayı”nda) baş tutub.

Konsertdə Avstriya parlamentinin deputatı xanım Renate Heitz çıxış edərək, Azərbaycanın Avstriyadaki səfiri Rövşən Sadıqbəylini və tədbir iştirakçılarını salamlayıb. Avstriya ilə Azərbaycan arasında uzun illər mövcud olan əlaqələrdən söz açan deputat bildirib ki, hər iki dövlət arasında müxtəlif sahələrdə olduğu kimi, mədəni sahədə də əlaqələrin daim inkişaf etdirilməsi önəmlidir. Xanım Heitz Ayan Məmmədlinin bir gənc kimi bu istiqamətdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycanın Avstriyadaki səfiri Rövşən Sadıqbəyli bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin bu il qeyd edildiyini, ümumilikdə isə hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başladığını bildirib. O, həmçinin Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Yuxarı Avstriya əyalətinin paytaxtı Linz şəhəri ilə mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunduğunu vurğulayıb. Ayan Məmmədlinin də mədəniyyət sahəsinin nümayəndəsi kimi gələcəkdə bu əlaqələrin inkişafı yolunda layiqli töhfə verəcəyinə inandığını bildirərək, tədbirin Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin tamam olduğu günə təsadüf etdiyini də qeyd edib.

Gənc pianoçu Ayan Məmmədli bu layihəsini hazırlamaqda əsas məqsədinin milli musiqimizin bütün dünyaya tanıdılması və xarici ölkələrlə mədəni əlaqələrimizin inkişaf etdirilməsinə töhfə vermək olduğunu söyləyib. Onun təqdim etdiyi “Bayatı-Şiraz” muğamı, Azərbaycan xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm“, “Şuşanın dağları”, “Sarı gəlin”, Fikrət Əmirovun və Avropa bəstəkarlarının əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin təşkilatçılarından “Bechstein Piano Centrum”un nümayəndəsi Georg Wiesenger Azərbaycan musiqisinin Avstriyada tanıdılması üçün, Ayan Məmmədlinin gənc olmasına baxmayaraq, kifayət qədər peşəkar ifaçılığını yüksək qiymətləndirərək, əməkdaşlığı gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduqlarını ifadə edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak :http://diaspor.gov.az/az/news-detail/avstriyanin-lints-seherinde-azerbaycandan-dunyaya-musiqi-tohfesi-layihesi-teqdim-edilib-1999

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, 2.Ordu Komutanı Orgeneral Levent Ergün’ü kabul etti

Cumhurbaşkanı Ersin Tatar, 2.Ordu Komutanı Orgeneral Levent Ergün’ü kabul etti.

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin 41. Kuruluş yıldönümü nedeniyle Kurucu Cumhurbaşkanı Rauf Raif Denktaş’ın Anıt Mezarı’nda düzenlenen törene katıldı

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin 41. Kuruluş yıldönümü nedeniyle Kurucu Cumhurbaşkanı Rauf Raif…

3 saat ago

TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA: KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA: KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL…

6 saat ago

US-SEN Başkanı Bekir Ayaz, MHP Genel Sekreter Yardımcısı Osman Ağaoğlu’nu Ziyaret Etti

US-SEN Başkanı Bekir Ayaz, MHP Genel Sekreter Yardımcısı Osman Ağaoğlu’nu Ziyaret Etti.

7 saat ago

İlham Aliyev, BM Genel Kurulu 79. Oturum Başkanı ile görüştü

İlham Aliyev, BM Genel Kurulu 79. Oturum Başkanı ile görüştü.

7 saat ago

İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb

İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb.

9 saat ago