Categories: BugünGÜNDEM

Astanada Heydər Əliyevin 100 illiyi münasibətilə elmi-praktik konfrans təşkil edilib

 

 

 

Astanada Heydər Əliyevin 100 illiyi münasibətilə elmi-praktik konfrans təşkil edilib

2023

Astanada Heydər Əliyevin 100 illiyi münasibətilə elmi-praktik konfrans təşkil edilib

Qazaxıstanın paytaxtı Astanada müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Dünya Azərbaycanlıları Konqresi” İctimai Birliyinin təşkilatçılığı ilə Qumilyov adına Avrasiya Milli Universitetində baş tutan konfransda yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konfransda məruzə ilə çıxış edən birliyin rəhbəri Araz Xudiyev xalqımızın və türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin ölkəmizin müstəqilliyinin dönməz olması, möhkəmləndirilməsi və dinamik inkişafı istiqamətində həyata keçirdiyi misilsiz və əvəzsiz xidmətlərdən danışıb. Onun Azərbaycanla Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasındakı müstəsna roluna diqqəti cəlb edib. Prezident İlham Əliyevin bu siyasi kursu böyük uğurla davam etdirdiyi vurğulanıb.

 

 

 

Heydər Əliyevin qazax xalqına sevgisindən və həssas münasibətindən danışarkən birlik sədri xatırladıb ki, 1986-cı ildə Mixail Qorbaçov tərəfindən Qazaxıstanla bağlı qeyri-milli qərar veriləndə Sov.İKP Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev bu ədalətsizliyə qarşı etiraz səsini ucaldaraq, qazax xalqının haqlı mövqeyini dəstəkləmişdi. Eyni zamanda Heydər Əliyev görkəmli qazax yazıçısı, xalqımızın böyük dostu Oljas Süleymenovun 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğına etiraz səsini ucaltmasını və Azərbaycan xalqının yanında olmasını yüksək qiymətləndirirdi.

Konfransda çıxış edənlər Heydər Əliyev haqqında ürək sözlərini söyləyib, unudulmaz şəxsiyyətin xatirəsinin Azərbaycan xalqının və türk dünyasının qəlbində əbədi yaşayacağını diqqətə çatdırıblar.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/astanada-heyder-eliyevin-100-illiyi-munasibetile-elmi-praktik-konfrans-teskil-edilib-2942

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Emekli Polisler Derneği yeni yönetimini kabul etti

Cumhurbaşkanı Ersin Tatar, Emekli Polisler Derneği yeni yönetimini kabul etti .2024 Cumhurbaşkanı Ersin Tatar, Birol…

3 saat ago

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib   , 2024 Münsterdə…

5 saat ago

Мемлекет басшысы Мальтаның Сыртқы істер министрі Иан Борчты қабылдады

Жаңалықтар Ақорда Мемлекет басшысы Мальтаның Сыртқы істер министрі Иан Борчты қабылдады   https://x.com/aqorda_press/status/1805553422051033280    …

6 saat ago

Tula’da Birleşik Rusya’nın Genç Muhafızları aktivistleri vatansever grafitiler çizdiler

Tula’da Birleşik Rusya’nın Genç Muhafızları aktivistleri vatansever grafitiler çizdiler 2024 Büyük Vatanseverlik Savaşı olaylarına adanmış…

8 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Güzelyurt Portakal Festivali’nde konuştu:

Cumhurbaşkanı Ersin Tatar, Güzelyurt Portakal Festivali’nde konuştu: 25.06.2024   https://x.com/KKTCCB/status/1805537704001651176   “Güzelyurt güzel bir vatan…

9 saat ago

Министр иностранных дел принял участие в заседании СМИД ОДКБ

Министр иностранных дел принял участие в заседании СМИД ОДКБ .2024 Previous Next   https://x.com/MID_Tajikistan/status/1805074644224925983  …

11 saat ago