Categories: BugünGÜNDEM

Amerikalı jurnalistlər Gəncəni ziyarət ediblər

 

 

 

 

 

Amerikalı jurnalistlər Gəncəni ziyarət ediblər

 

 

 

2023
Amerikalı jurnalistlər Gəncəni ziyarət ediblər

 

 

 

 

Azərbaycana səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Gəncə şəhərində olub.

Amerikalı qonaqlara Azərbaycanın ikinci şəhəri olan Gəncənin tarixi barədə ətraflı məlumat verilib. İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd olaraq cəbhə xəttindən uzaq olan Gəncənin mərkəzindəki yaşayış məntəqəsinin raketlərlə bombardman edildiyi nəzərə çatdırılıb.

 

 

 

 

Şəhərin bombardmana məruz qalmış hissəsini ziyarət edən qonaqlar bu dəhşətli hadisə zamanı həlak olmuş dinc sakinlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

 

 

 

Sonra nümayəndə heyəti “Xan bağı”, Şah Abbas Cümə məscidi, Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar, Qafqaz islam Ordusunun Gəncədəki ilk şəhidlərinin xatirəsinə ucaldılan abidəni və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Azərbaycanın dahi şairi və mütəfəkkiri, qüdrətli söz ustadı Nizami Gəncəvinin nakam eşq hekayəsi olan “Leyli və Məcnun” poemasını klassik ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Romeo və Culyetta” əsərindən 4 əsr öncə yazması faktı, ingilis ədibinin “Leyli və Məcnun” əsərindən ilham aldığı fərziyyəsi qonaqlarda böyük maraq doğurub.

 

 

 

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/amerikali-jurnalistler-genceni-ziyaret-edibler-3308

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti…

1 saat ago

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı , 2024 Könüllülər proqramının növbəti mərhələsi başa çatdı📎 https://t.co/XK3iP7tYba…

3 saat ago

Глава государства провел встречу с Президентом России

События Акорда Глава государства провел встречу с Президентом России 2024 года     🇰🇿🇷🇺 Мемлекет…

6 saat ago

Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü

Olaylar Akorda Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü 2024     🇰🇿🇷🇺 Мемлекет басшысы…

7 saat ago

Мемлекет басшысы Ресей Президентімен кездесті

Жаңалықтар Ақорда Мемлекет басшысы Ресей Президентімен кездесті 2024 жылғы   🇰🇿🇷🇺 Мемлекет басшысы Ресей Президентімен…

9 saat ago

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub , 2024     Avstriyada Millətlər Festivalında Azərbaycan…

10 saat ago