Categories: SİYASET

Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub

Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub

2024

 

 

 

 

Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub

Aprelin 1-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev, Alyansın İdarə Heyətinin üzvü, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayev və Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunun sədri, Almaniyada yaşayan həkim soydaşımız, “Helios Klinikum Siegburg”-da daxili xəstəliklər və ağciyər xəstəlikləri üzrə aparıcı mütəxəssis, şöbə müdiri Elvin Hüseynov ilə görüşüb.

Qonaqları səmimi salamlayan Komitə sədri hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının fəaliyyətini və Azərbaycan icmasının bu ölkədə vətənimizin həqiqətlərini xüsusi fədakarlıqla yerli ictimaiyyətin diqqətinə çatdırmasını müsbət qiymətləndirib. Həmçinin Alyansın gələcək fəaliyyəti, diaspor sahəsində görüləcək işlər, Almaniyada azərbaycanlıların təşkilatlanması kimi mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı 2024-cü ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100” təqaüd proqramı müzakirə olunub. Həkimlərin II Forumu zamanı bu təqaüd proqramının təqdim edildiyini və gələcək forumda da gənclərimizin Almaniyada təcrübə toplayıb Azərbaycana geri qayıtması üçün bu qəlibdən proqramların təşkil olunacağı bildirilib. Sədr Forumun son illərdə xaricdə yaşayan azərbaycanlı həkimləri bir araya gətirən ən nüfuzlu cəmiyyətlərdən biri olduğunu qeyd edib.

Soydaşlarımız diasporumuzun fəallığının artırılması, təşkilatlanması və ölkəmizin xaricdə layiqincə təmsil olunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Almaniyanın tibb ocaqlarında çalışan azərbaycanlı elm adamlarının, həkimlərin və yeni çalışmağa başlayan gənc həmkarların şəbəkələşməsi, bilik və təcrübə mübadiləsi baxımından Forumun uğurlu nəticələr əldə etdiyini vurğulayıblar.

Yeni təsis edilmiş Azərbaycanlı Həkimlər Forumu təşkilatının artıq qeydiyyatdan keçdiyi və fəaliyyətə başlaması haqqında məlumat veriblər. Sədr təşkilatın fəaliyyətinə uğurlar arzu edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyadaki-azerbaycanli-hekimlerin-iii-forumuna-hazirliq-meseleleri-muzakire-olunub-4485

 

 

 

zline

Recent Posts

Владимир Якушев: В Тамбовской области хорошо налажена работа с обращениями граждан

Владимир Якушев: В Тамбовской области хорошо налажена работа с обращениями граждан.

6 saat ago

Birleşik Rusya’nın desteğiyle Yekaterinburg tren istasyonunda Hareketlilik Yardım Merkezi için bir bekleme odası açıldı

Birleşik Rusya'nın desteğiyle Yekaterinburg tren istasyonunda Hareketlilik Yardım Merkezi için bir bekleme odası açıldı.

8 saat ago

При поддержке «Единой России» на железнодорожном вокзале Екатеринбурга открылся зал ожидания Центра содействия мобильности

При поддержке «Единой России» на железнодорожном вокзале Екатеринбурга открылся зал ожидания Центра содействия мобильности.

8 saat ago

Vladimir Yakushev, drone üretimine yönelik Tambov Swarm projesini büyük ölçüde övdü

Vladimir Yakushev, drone üretimine yönelik Tambov Swarm projesini büyük ölçüde övdü.

10 saat ago

Владимир Якушев высоко оценил проект по производству дронов «Тамбовский рой»

Владимир Якушев высоко оценил проект по производству дронов «Тамбовский рой».

12 saat ago

Alexey Eresko: Birleşik Rusya’nın kamusal alanların ve avluların iyileştirilmesi üzerindeki kontrolü, sahadaki işin kalitesini artırdı

Alexey Eresko: Birleşik Rusya'nın kamusal alanların ve avluların iyileştirilmesi üzerindeki kontrolü, sahadaki işin kalitesini artırdı.

12 saat ago