Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək
18 sentyabr, 2023
Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək
Noyabrın 18-də Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə baş tutan forum “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdiriləcək.
Bu münasibətlə forumun Təşkilat Komitəsi soydaşlarımızı https://ga-symposium.com saytında qeydiyyatdan keçməyə dəvət edib.
Təşkilat Komitəsinin müraciətində bildirilib ki, payızda keçiriləcək forum müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd edildiyi dövrə təsadüf edir. Forumun uzun illər Almaniyanın tibb ocaqlarında çalışan, müəyyən nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimləri və bu yola başlayan gənc tibb işçilərini bir araya gətirmək, onlar arasında Almaniyada nümunəvi şəbəkələşməni yaratmaq və elmi-praktik mübadilə aparmaq baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Xatırladaq ki, Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci ilin mart ayında Köln şəhərində keçirilib. Həmin tədbirdə Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak edib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyadaki-azerbaycanli-hekimlerin-ii-forumu-berlinde-teskil-edilecek-3464