Categories: BugünGÜNDEM

Akkodakı diasporumuz Xocalı soyqırımı qurbanlarını yad edib

 

 

 

Akkodakı diasporumuz Xocalı soyqırımı qurbanlarını yad edib
, 2023
Akkodakı diasporumuz Xocalı soyqırımı qurbanlarını yad edib
İsrailin Akko şəhərində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatı tərəfindən təşkil edilən tədbirdə Azərbaycan diasporunun İsraildəki üzvləri, Akko şəhərinin bələdiyyə üzvləri, İsrail ordusunun zabit heyəti iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının və yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akko şəhərindəki Azərbaycan Dağ yəhudiləri icmasının sədri və “İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatının rəhbəri Nexamiya Şirin Mixaeli, Akko şəhər Mədəniyyət Evinin rəhbəri Ayala Sivan Ben Yosef və başqaları Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı qətliamını Ermənistanın uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Natiqlər bu hərbi cinayəti törətmiş şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/akkodaki-diasporumuz-xocali-soyqirimi-qurbanlarini-yad-edib-2458

 

 

zline

Recent Posts

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024   Rusiyada…

40 dakika ago

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN ZİLLET TANELERİ AÇIKLAMASI

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN ZİLLET TANELERİ AÇIKLAMASI Adil Türkiye Partisi Genel…

2 saat ago

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN 19 MAYIS MESAJI

Adil Türkiye Partisi Genel Başkan Yardımcısı ve Parti Basın Sözcüsü Siyasetçi Aytaç BATTAL, 19 Mayıs…

3 saat ago

Regarding the Anniversaries of the Crimean Tatar and Circassian Exiles

No: 87, 18 May 2024, Regarding the Anniversaries of the Crimean Tatar and Circassian Exiles…

4 saat ago

Meeting with Deputy Foreign Minister of Kuwait

Meeting with Deputy Foreign Minister of Kuwait 2024.13.15.jpg     Meeting with Deputy Foreign Minister…

5 saat ago