Categories: DÜNYA

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

, 2024

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

 

 

 

 

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti səfərin ilk günü Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər. Daha sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu, Şirvanşahlar Saray Kompleksini, Qız Qalasını ziyarət edib və ölkəmizin milli-mədəni irsi ilə yaxından tanış olublar. Qonaqlar sənət nümunələri və milli irsimiz olan xalçaların qorunub saxlandığı Azərbaycan Milli Xalça Muzeyini, Hərbi Qənimətlər Parkını, Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Qonaqlara Mərkəz haqqında ətraflı məlumat verilib.

Ələt Azad İqtisadi Zonasında, İqtisadiyyat Nazirliyində, Qarabağ Dirçəliş Fondunda bir sıra görüşlər keçirən nümayəndə heyəti növbəti gün Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitə rəsmiləri ilə görüş çərçivəsində xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyi və təcrübə mübadiləsinin daha səmərəli olacağı vurğulanıb və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində qonaqlar Quba rayonunda da olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırım Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-ve-kanadanin-buxara-yehudileri-konqresinin-numayende-heyeti-azerbaycanda-seferde-olub-4710

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, TMT mücahidi, gazi ve şehit yakınlarını ziyaret etti

Cumhurbaşkanı Ersin Tatar, TMT mücahidi, gazi ve şehit yakınlarını ziyaret etti .2024     Cumhurbaşkanı…

57 dakika ago

Signing of the Program of Cooperation between the Ministries of Foreign Affairs of Tajikistan and Angola

Signing of the Program of Cooperation between the Ministries of Foreign Affairs of Tajikistan and…

2 saat ago

Tacikistan ve Angola Dışişleri Bakanlıkları Arasında İşbirliği Programının İmzalanması

Tacikistan ve Angola Dışişleri Bakanlıkları Arasında İşbirliği Programının İmzalanması .2024 Öncesi Sonraki   Signing of…

3 saat ago

Komitə sədri Yaponiyanın nüfuzlu universitetlərində görüşlər keçirib

Komitə sədri Yaponiyanın nüfuzlu universitetlərində görüşlər keçirib , 2024 Komitə sədri Yaponiyanın nüfuzlu universitetlərində görüşlər…

5 saat ago

Cumhurbaşkanı Ersin Tatar, “DASEIN” isimli sanat sergisinin açılışına katıldı

Cumhurbaşkanı Ersin Tatar, “DASEIN” isimli sanat sergisinin açılışına katıldı 2024 Shares facebook sharing buttontwitter sharing…

6 saat ago

1453 KRAL MEDYA YAYIN GRUBU BAŞKANI ABDULLAH YİĞİT `TEN KURBAN BAYRAMI MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, Kurban Bayramı dolayısıyla…

9 saat ago